Şəhriyar yenə heç-heçə etdi

Şəhriyar yenə heç-heçə etdi
XƏBƏR 16 Mart 2018 / 00:00 2042
-  A +

Berlində keçirilən şahmat tacına iddiaçıların turniri davam edir.

Qol.az-ın məlumatına görə, beşinci turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinglə üz-üzə gəlib.

Çinli rəqibinə qarşı qara fiqurlarla oynayan Məmmədyarov son 3 turda olduğu kimi, bu dəfə də heç-heçə ilə kifayətlənib. Tərəflər 31-ci gedişdə yarım xala razılaşıblar.

Qeyd edək ki, hazırda aktivində 3 xalı olan qrossmeysterimiz lider Fabiano Karuanadan yarım xal geri qalır.

Son xəbərlər