Avroliqada 1/4 finalçılar müəyyənləşdi

Avroliqada 1/4 finalçılar müəyyənləşdi
DÜNYA FUTBOLU 16 Mart 2018 / 01:55 13248
-  A +

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, artıq keçirilən bir oyunla ilk 1/4 finalçı müəyyənləşib.

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış "Atletiko" Moskvada "Lokomotiv"in qonağı olub. Madriddə keçirilən ilk görüşdə 3 cavabsız qolla qalib gələn Dieqo Simeonenin komandası bu dəfə rəqibini 5:1 hesabı ilə üstələyərək 1/4 finala yüksəlib.

Günün ən maraqla gözlənilən oyunu Londonda olub. Burada "Arsenal" "Milan"ı qəbul edib. Səfərdə keçirilən ilk görüşdə iki cavabsız qolla qalib gələn Arsen Vengerin komandası öz meydanında da üstün olub.




15 mart

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

“Lokomotiv” (Rusiya) - “Atletiko” (İspaniya) 1:5
Qollar:
Anxel Korrea, 16 (0:1), Maçey Ribus, 20 (1:1), Saul Nigez, 47 (1:2), Fernando Torres, 65 (1:3), 70 (1:4), Antuan Qrizmann, 85 (1:5)

"Atletik" (İspaniya) - “Marsel” (Fransa) 1:2
Qollar:
Payet, 38-pen (0:1), Okampos, 52 (0:2), Villiams, 74 (1:2)
İlk oyun: 1:3

“Dinamo” (Kiyev, Ukrayna) - "Latsio” (İtaliya) 0:2
Qollar:
Lukas Leyva, 23, de Vriq, 83
İlk oyun: 2:2

"Viktoriya" (Plzen, Çexiya) - “Sportinq” (Portuqaliya) 2:1
Qollar:
Bakos, 6 (1:0), Bakos, 64 (2:0), Battaqlia, 105+2 (2:1)
İlk oyun: 0:2

“Zenit” (Rusiya) - “Leyptsiq” (Almaniya) 1:1
Qollar:
Auqustin, 22 (0:1), Driussi, 45+1 (1:1), 
İlk oyun: 1:2

“Arsenal” (İngiltərə) - “Milan” (İtaliya) 3:1
Qollar:
Çalhanoğlu, 35 (1:1), Uelbek, 39 (1:1), Caka, 71 (2:1), Uelbek, 86 (3:1)
İlk oyun - 0:2

“Zalsburq” (Avstriya) - “Borussiya" D. (Almaniya) 0:0
İlk oyun:
2:1

"Lion" (Fransa) - MOİK (Rusiya) 2:3
Qol:
Qolovin, 39 (0:1), Kornet, 58 (1:1), Musa, 60 (1:2), Vernbloom, 65 (1:3), Diaz, 71 (2:3)
İlk oyun: 1:0

 

Daha çox

15.01.19

Son xəbərlər
16.01.19  17:35

Reynaldo zədələndi