"Bu, bizim üçün qeyri-peşəkarlıq olar" - Mirabdulla Abbasov

"Bu, bizim üçün qeyri-peşəkarlıq olar" - Mirabdulla Abbasov
GÜNDƏM 15 Mart 2018 / 01:32 4174
-  A +

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqanın 20-ci turunun “Qarabağ”la oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, gənc forvard əvvəlcə matçı şərh edib.

- İlk hissədə yaxşı oynadıq. Fasilədən sonra da heç nə dəyişmədi. İkinci yarıda da bizdən tələb olunan oyunu sərgilədik.

- Yağışlı hava oyununuza nə dərəcədə təsir etdi?

- Hava pis deyildi. Məncə, əsl futbol havası idi.

- Kamran Quliyevin “Neftçi”yə prezident təyin olunmasını necə qarşıladın?

- Kamran Quliyevlə işləmək xoşdur. Onunla yaxşı münasibətimiz var.

- “Zirə” bu tur yenə xal itirdi. “Neftçi”nin ilk 3-lüyə düşmək şanslarını necə qiymətləndirirsən?

- Şansımız var və biz bundan istifadə etmək istəyirik. 3-cü pilləni tutmaq üçün qarşıdakı oyunlarda bizə xallar lazım olacaq.

- Ümumiyyətlə, 3-cülüyü özünüz üçün real hesab edirsiniz?

- Bəli, əlbəttə.

- Çoxları düşünür ki, bundan sonra “Neftçi”nin əsas məqsədi ölkə kubokunu qazanmaq olacaq...

- Yox, biz hər iki cəbhədə mübarizə aparırıq. Həm kubok, həm fə çempionat oyunlarına var-gücümüzlə hazırlaşacağıq. Belə etməsək, bu, bizim üçün qeyri-peşəkarlıq olar. Hər iki cəbhədə yaxı nəticələr qazanmaq istəyirik.

- Yenə oyunun gedişində əvəzləndin. Fiziki durumun 90 dəqiqə oynamağa imkan vermir?

- Fiziki cəhətdən tam hazıram. Oyundan-oyuna hər şey daha yaxşı olacaq.

- Əvəzetmədən oyuna daxil olanda vacib qollar vururdun...

- Məncə, bu, futbol şansıdır. Nə vaxt meydana çıxsam, komandama xeyir verməyə çalışıram.

- Qışda heyətə cəlb olunan futbolçular elə də nəzərə çarpmır. Sən necə düşünürsən?

- Yeni gələnlərin hamısı yaxşı futbolçudur. Hesab edirəm ki, onlar komandaya lazımı köməkliyi göstərirlər.

- Özünü Azərbaycan millisində oynamağa hazır sayırsan?

- Millidə oynasam, buna ancaq şad olaram. Dəvət göndərsələr, çox sevinərəm. Özümü milli komandada oynamağa hazır sayıram.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı