"Qəbələ"dən daha yaxşı oynadıq" - Skarlatake

"Qəbələ"dən daha yaxşı oynadıq" - Skarlatake
ÖLKƏ FUTBOLU 14 Mart 2018 / 12:02 1989
-  A +

“Keşlə”nin müdafiəçisi Adrian Skarlatake Topaz Premyer Liqanın 20-ci turunun “Qəbələ” ilə oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

-Əvvəlcə oyunla bağlı fikirlərini bilmək maraqlı olardı...

- Çox gərgin və baxımlı qarşılaşma alındı. Məncə, stadiona gələnlər maraqlı oyun izlədilər. Həm bizim, həm də “Qəbələ”nin qol vurmaq üçün kifayət qədər şansları oldu. Hər iki komanda son dəqiqəyə kimi mübarizə apardı.

- Demək olarmı ki, “Keşlə” bu mövsüm ən yaxşı oyununu keçirdi?

- Əlbəttə, ən yaxşı oyunumuzu oynadıq. 6-7 real vəziyyətimiz oldu. Cəmi birini qola çevirə bildik. Düşünürəm ki, 2 vacib xal itirdik. “Qəbələ” də yaxşı təsir bağışladı. Amma biz daha üstün oynadıq. Təəssüf ki, qələbə qazana bilmədik. Bu futboldur. Əsas odur ki, yaxşı oyun sərgilədik.

- Qələbə qazanmağınıza nə mane oldu?

- Futbol istənilən nəticəyə açıq oyundur. Özünüz də gördünüz ki, çoxlu qol imkanımız oldu. Sadəcə, birindən yararlandıq. “Qəbələ” isə əlinə düşən ən real fürsəti boşa vermədi. Əslində həmin qolu rəqibə özümüz hədiyyə etdik. Pası biz verdik, Dabo da topu qapımızdan keçirdi.

- İki fərqli hissə izlədik. İlk yarıdan fərqli, ikinci 45 dəqiqədə komandanız daha yaxşı təsir bağışladı. Bu, nə ilə bağlıdır?

- Mən belə düşünmürəm. İlk hissədə rəqib qapısı qarısında 3 təhlükəli vəziyyət yaratdıq. Slavik Alxasovun fərqlənmək üçün əla imkanı oldu. Düzdür, ikinci hissədə daha yaxşı oynadıq. Bunun nəticəsi kimi də hesabı bərabərləşdirdik.

- Bəs hakimliklə bağlı nə deyə bilərsən? Ömər Paşayevin idarəçiliyi birmənalı qarşılanmadı...

- Hakimlərlə bağlı danışmaq istəmirəm. Mənim vəzifəm futbol oynamaqdır. Onların işinə baxan qurum var. Hər şeylə özləri məşğul olurlar. Əgər səhvi olubsa belə, bunu normal qarşılayıram. Hakim də insandır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı