"Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, "Sumqayıt" 3-cü pillədə

"Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, "Sumqayıt" 3-cü pillədə
PREMYER LİQA 14 Mart 2018 / 21:52 20045
-  A +

Bu gün Topaz Premyer Liqada 20-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, ikinci oyun gününə üç görüş keçirilib.

Son turlar inamsız təsir bağışlayan "Zirə" "Səbail"i qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. 

Turun mərkəzi oyununda "Neftçi" "Qarabağ"la üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Turun son matçında "Sumqayıt" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Qonaqlar ilk hissədə hesabda önə çıxsa da, Samir Abasovun komandası ikinci hissədə 2 qol vuraraq əzmkar qələbə qazanıb. Bununla da, xalını 34-ə çatdıran "Sumqayıt" "Zirə"ni qabaqlayaraq 3-cü pilləyə yüksəlib.

14 mart

20:00.“Sumqayıt” – “Kəpəz” - 2:1
Qol:
İqor Korotetski, 44 (0:1), Bəhlul Mustafazadə, 72 (1:1), Cavid İmamverdiyev, 89 (2:1)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev
“Kapital Bank Arena”

18:00.“Neftçi” – “Qarabağ” - 0:0
Hakimlər:
İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
“Bakcell Arena”

17:00.“Zirə” – “Səbail” - 1:1
Qol:
Aleksandr Dedov, 17 (1:0), Nikoloz Apakideze, 54 (1:1)
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu



13 mart

“Keşlə” - “Qəbələ” - 1:1



N Klublar O Q H M T-F X
1 Qarabağ 20 15 4 1 30-7 49
2 Qəbələ 20 12 3 5 34-20 39
3 Sumqayıt 20 10 4 6 27-21 34
4 Zirə 20 9 6 5 28-20 33
5 Neftçi 20 8 3 9 24-22 27
6 Səbail 20 5 3 12 14:28 18
7 Keşlə 20 4 4 12 17:32 16
8 Kəpəz 20 3 1 16 13:36 10



Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 12 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord