"Qəbələ"dən geri qalırıq" - Yuri Maksimov

"Qəbələ"dən geri qalırıq" -  Yuri Maksimov
GÜNDƏM 13 Mart 2018 / 18:16 3016
-  A +

“Qəbələ” güclü komandadır. Ustalıq səviyyəsinə görə bu komandadan geri qalırıq. Bizim komanda hələ yeni formalaşıb. Bizdə istək çox idi. İstək sayəsində də bu oyundan xalla ayrıldıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqanın 20-ci turunda “Qəbələ” ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

- Bu nəticəyə görə sevinirsiniz, yoxsa təəssüflənirsiniz?

- Bu gün bizim komanda sonuncu pillələrdədir. Həm də, son iki oyunda son dəqiqədə qapımızda qol görmüşdük. Bunun təkrarlanmasını istəməzdim. Buna görə, heç-heçəni məqbul nəticə hesab edirəm.

- Rəqibin baş məşqçisi Roman Qriqorçuk hakimlikdən narazı qaldı. Siz bu barədə nə deyə bilərsiz?
- Bəzən olur ki, nəticə qarşı tərəfin narazılığına səbəb olur. Bizim ziyanımıza hansısa qərar verilməyibsə, hakimlik barədə nəsə fikir bildirə bilmərəm.

- Deyəsən, oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirirdiniz.

- İradım yox idi. Sadəcə, Məqsəd İsayevə oyun epizodu ilə bağlı narazılığımı bildirirdim. Vaqifə heç bir irad bildirmədim.

- Roman Qriqorçukla Ukraynada da rəqib olmusunuz. Prinsipiallıq yox idi ki?

- Ukraynada da görüşmüşük. Prinsipiallıq yoxdur. Fərq odur ki, indi başqa çempionatda üz-üzə gəlirik.

Daha çox


Son xəbərlər