Məşhur futbolçu əsgərliyə çağırıldı

Məşhur futbolçu əsgərliyə çağırıldı
XƏBƏR 13 Mart 2018 / 15:40 5541
-  A +

“Tottenhem”in cənubi koreyalı yarımmüdafiəçisi Son Honq-Min əsgərliyə çağırılıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, ölkəsində 21 ay hərbi xidmətdə olmalıdır. Əks halda futbolçunu həbs cəzası gözləyir.

Futbolçunun hərbi xidmətdən azad olmaq üçün şansı var.  Cənubi Koreya qanununa görə, idmançının olimpiya və ya Asiya oyunlarında medalı varsa, əsgərlikdən imtina edə bilər.

Son bu ilin avqust ayında keçiriləcək Asiya oyunlarında Cənubi Koreya millisi ilə medal qazansa, hərbi xidmətdən xilas olacaq.

Qeyd edək ki, son vaxtlar yaxşı formada olan 26 yaşlı futbolçu bu mövsüm “Tottenhem”in heyətində  43 oyunda 18 qol vurub.
 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı