Robben İstanbula aparılmadı

Robben İstanbula aparılmadı
XƏBƏR 13 Mart 2018 / 14:20 2645
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsində sabah “Beşiktaş”ın qonağı olacaq “Bavariya” aparıcı futbolçularından olan Aryen Robbenin xidmətindən istifadə etməyəcək.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Yupp Haynkes hollandiyalı yarımmüdafiəçini İstanbula aparmağa ehtiyac duymayıb.

Zədəli Kinqsli Koman, Koronten Tolisso və Manuel Noyer də “Beşiktaş”la oyunda iştirak etməyəcək.

Qeyd edək ki, komandalar arasında Münhendə keçirilən ilk görüş Almaniya klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı