Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018-in oyunlarını göstərəcək kanallar - siyahı

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
Fransa və Xorvatiya 1/8 finalda, Argentina şokda
Braziliya, Nigeriya və İsveçrədən ilk qələbə - DÇ-2018
Argentina millisindən 8 futbolçu gedə bilər - Messi, İquain...
"Qarabağ" iki qapıçı ilə danışıq aparır - Yenilənib
"Neftçi"nin legionerləri bazaya buraxılmadı - qalmaqal
Linklər
525ci Qəzet

“Kimlərsə özünü futbol alimi hesab edir” – Ayxan Abbasov
A A A

[13.03.2018]
“Kimlərsə özünü futbol alimi hesab edir” – <b style="color:red">Ayxan Abbasov</b>

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Qol.az saytına müsahibə verib. Gənc mütəxəssis həm Topaz Premyer Liqanın 20-ci turunun “Səbail”lə qarşıdakı oyunundan danışıb, həm də son vaxtlar klubla bağlı yayılan xəbərlərə münasibət bildirib.

- Bu tur “Zirə” “Səbail”lə qarşılaşacaq. Həmin oyun haqda nə düşünürsünüz?

- Biz hər oyunda meydana qələbə qazanmaq, məğlub olmamaq üçün çıxırıq. Rəqiblərin fərqi yoxdur. Bu oyuna da ciddi hazırlaşmışıq. Bilirik ki, ikinci dövrəyə yaxşı başlamamışıq. Evdə oynayacağıq. Bu üstünlüyümüzdən istifadə etməyə çalışacağıq.

- Komandanız çempionatın 2-ci dövrəsində 5 oyundan cəmi 2 xal toplayıb. Uğursuz çıxışın səbəbini nədə görürsünüz?

- Səbəblər çoxdur. Ən böyük səbəb yeni futbolçuların komandaya gec qoşulmalarıdır. Bundan başqa, “Qəbələ”, “Qarabağ” və “Neftçi” kimi güclü rəqiblərlə səfərdə oynadıq. Evdə “Sumqayıt” və “Keşlə”ni məğlub edə bilsəydik, hər şey istədiyimiz kimi gedəcəkdi. Həmin oyunlarda pis təsir bağışlamadıq. Qol imkanlarımız oldu, istifadə edə bilmədik. Futbolda belə hallar olur. Futbolçularımızı psixoloji durumdan çıxarmağa çalışırıq. Bir qələbə ilə bütün komandaya inam gələcək.

- Belə bir fikir var ki, məhz Qəbələdəki qalmaqaldan sonra komandada eniş yaşanır...

- Qəbələdəki hadisədən sonra iki aparıcı futbolçumuzu itirdik. Bunun da digər oyunlara təsiri oldu. Həmin hadisələrin baş verməsini istəməzdik. Amma heç nədən sığortalanmamışıq. Qadze və Tounkaranın olmaması hardasa çıxışımıza təsir etdi.

- 4-cü pillədədəki “Sumqayıt”la 1, 5-cı sıradakı “Neftçi” ilə isə 6 xallıq fərq var. Sizcə, “Zirə” mövsümün sonunda hazırkı mövqeyinizi qoruyub saxlaya biləcək?

- 10 xallıq fərq olanda da bildirmişdim ki, gərgin mübarizə gedəcək. Adınız çəkdiyiniz rəqiblərlə eyni səviyyədəyik. Onlar da yüksək yerlər uğrunda oynayan komandalardır. Düzdür, üstünlüyümüzü qoruya bilmədik. Amma yenidən xallar qazanıb, mövqeyimizi möhkəmlətmək istəyirik.

- Yəni, deyirsiniz ki, ardıcıl uğursuzluqlar qarşıya qoyulan hədəfləri dəyişdirməyib...

- Çempiontdan əvvəl qarşımıza avrokuboklarda yenidən iştirak etməyi məqsəd qoymuşduq. Rəqiblərimizin güclü olduğunu, qış fasiləsindən sonra daha gərgin çempionat keçəcəyini bilirdik. İstənilən komandalarla oyunda xal itirmək mümkündür. Buna baxmayaraq, hədəfimiz dəyişməyib. Bizim hazırkı durumumuz istənilən komandanın başına gələ bilər. Alınmayanda alınmır. Bu o demək deyil ki, biz təslim olub, ruhdan düşəcəyik. Futbolçular da dərk edirlər ki, vəziyyətdən çıxmaq üçün daha da əzmkar olmaq lazımdır. Rəhbərlik də sağ olsun, hər zaman dəstək olur, yanımızdadır. Komandanı ruhlandırırlar. Son nəticələri faciəyə çevirməmişik.Çünki qarşıda çox oyun var.

- Bu gün rəhbərliyin komandaya soyuq münasibət göstərdiyi yazılır. Media klub rəhbərliyini ictimaiyyət arasına çıxmamaqda günahlandırır.

- Belə yazılar mənə çox maraqlı gəlir. Hardan və niyə qaynaqlanır? Sanki komandanın içindədirlər. Məncə, bu gün “Zirə” rəhbərliyinə təşəkkür etmək lazımdır. 3 ilin komandasını bu təzyiq altında, bu cür rəqiblərə qarşı saxlamaq asan məsələ deyil. Yəqin kimlərsə özünü futbol alimi hesab edir. Amma futbolun içində olan adamlar bilirlər ki, bu gün komanda saxlamaq çox çətindir. Köklü klublarla mübarizə aparmaq və son 3 ildə uğurlu nəticələr qazanmaq üçün yaradılan şəraitə görə bu rəhbərliyə təşəkkür etmək lazımdır. Klubu düzgün idarə edirlər. Hər mənada komandanın yanındadılar. Soyuq münasibət yoxdur. Komandanın yaxşı vaxtında da, pis nəticələr olanda da həmişə arxamızdadılar. Əvvəlcə klubun rəhbərliyindən soruşmaq, sonra nəyisə yazmaq lazımdır. Bilirik ki, nəticə olmayanda hansısa problemlər axtarılacaq. Çalışacağıq ki, bu cür söz-söhbətlər komandaya təsir etməsin.

Elnur SALAHOV

2883 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
17.06.2018  18:56 "Ronaldo məşqçi işinə daha çox qarışır, nəinki Messi" - Rəşad Sadıqov
17.06.2018  13:07 "Məşqçinin Messi ilə məsləhətləşməsində pis heç nə yoxdur" - Mircavadov
07.06.2018  14:15 “Orda mənə özgə malı kimi baxmağa başladılar” – Vaqif Cavadov
05.06.2018  12:05 "Qriqorçuk yerli futbolçulara qənim kəsilmişdi" - Elvin Məmmədov
04.06.2018  13:29 "Zirə" mənə uyğun komanda deyildi" - Elşən Abdullayev
30.05.2018  13:27 “Həmin oyun Kollina qarşısında son imtahanım idi” – Əliyar Ağayev
17.05.2018  14:39 “Bizim qanımızda oyun alıb-satmaq yoxdu” – Tahir Gözəl
10.05.2018  13:47 “Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov
07.05.2018  13:44 “Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov
01.05.2018  16:18 "Turan Tovuz" Premyer Liqaya buraxılsa, çempionata rəng qatar"
25.04.2018  10:50 “55 yaş artıq baba yaşıdır” – Ramin Musayev
24.04.2018  11:55 "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
17.04.2018  16:06 "Rəhbərlik dedi ki, arxandayıq" - Ayxan Abbasov
08.04.2018  23:37 "Əvvəl daha inamsız oynayırdım" – Namiq Ələsgərov
06.04.2018  14:57 “Əvvəl Zaur Tağızadəylə məni hədələdi, sonra da milliyə çağırmadı” – İlqar Qurbanov
05.04.2018  17:56 "Maaş yubanmasının niyə dramatikləşdirildiyini bilmirəm"
05.04.2018  12:29 "Biz Ruslanla düşmən deyilik" - Riçard Qadze
04.04.2018  15:10 "Sumqayıt"a Avroliqa yaraşır" - Rail Məlikov
03.04.2018  11:58 "Kimdəsə günah axtarmaq lazım deyil" - Anar Nəzirov
02.04.2018  00:00 “Yox, paxıl deyiləm” - Pərdis Fərcad-Azad
 
 
  23.06.18
03:04
  Almaniya üçün həlledici an, Belçika və Meksika ikinci qələbəyə doğru - Yenilənir
02:50
  “Qəbələ” Albaniya klubuna qarşı - Yenilənir
02:45
  Salah Çeçenistanın fəxri vətəndaşı oldu - Şəkillər
02:15
  “Sona qədər təslim olmadıq” - Koutinyo
01:58
  İslandiyanın baş məşqçisi istidən şikayətləndi
01:17
  Nigeriyalı hücumçu Rusiya futbolunun tarixinə düşdü
00:38
  Neymar Romarionu keçdi
00:14
  Qol vurdu, ən yaxşı seçildi
00:01
  Serbiya - İsveçrə - Şəkillər
  22.06.18
23:53
  Braziliya, Nigeriya və İsveçrədən ilk qələbə - DÇ-2018
23:07
  "Zirə" başladı
22:40
  Almaniya millisində ciddi itki
22:07
  İslandiyanın məğlubiyyəti - video
21:45
  Nigeriya – İslandiya oyununun ən yaxşısı kim oldu?
21:23
  Serbiya – İsveçrə: start heyətlər
21:10
  "Heç də bütün favoritlər yüksək səviyyədə deyil" - Löv
20:26
  "Proqres" – "Qəbələ" oyununun yeri və saatı açıqlandı
19:33
  Braziliya son dəqiqələrdə sevindi - video
19:18
  Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşdi
18:53
  "Messinin ciddi psixoloji problemləri var"
18:31
  Nigeriya – İslandiya: start heyətlər
18:20
  Kosta-Rika da mundialla vidalaşdı
18:06
  Yenə Koutinyo!
17:10
  "Qarabağ" Avstriyada növbəti məşqə çıxdı
16:53
  Topaz Premyer Liqada yeni mövsüm nə vaxt başlayır?
16:36
  "Keşlə"də daha 3 müqavilə - rəsmi
16:25
  Maradonanı ağlatdılar - Şəkil
15:51
  PSV-də yeni baş məşqçi
15:30
  "Atletiko" Xuanfranla yeni müqavilə imzaladı
15:17
  Azərbaycanlı mütəxəssislər Argentina haqda – “Daxildə anarxiyadır”
15:05
  Braziliya - Kosta-Rika: heyətlər
14:51
  Billiat bu gün qərarını verir
14:19
  Sabahkı oyunların hakim təyinatları - DÇ-2018
13:58
  "Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşdi
13:39
  Etopazdan bugünkü oyunlara əmsallar
13:10
  Bundesliqanın ən gənc baş məşqçisi klubunu dəyişir
12:47
  Argentina millisindən 8 futbolçu gedə bilər - Messi, İquain...
12:30
  Ante Rebiç: "Argentinaya qarşı kişi kimi oynadıq"
12:20
  Argentina faciəsi - Şəkillər
12:06
  İslandiya millisində Qudmundsson müəmması
11:57
  "Qarabağ" iki qapıçı ilə danışıq aparır - Yenilənib
11:44
  Messi sükut içində
11:35
  Argentina millisində kütləvi narazılıq - baş məşqçi getsin!
11:29
  "Qəbələ" ilə oyunlar çox çətin olacaq" - “Proqres”in idman direktoru
10:42
  DÇ-2018-in oyunlarını göstərəcək kanallar - siyahı
10:11
  "Qarabağ"ın oyunlarının başlama saatı açıqlandı - Çempionlar Liqası
09:47
  "Ronaldonun gücü tükənəndə Portuqaliya mundialı tərk edəcək" - Təmkin Xəlilzadə
02:28
  “Bilirdik ki, pressinqimiz Argentinanın müdafiəsini dağıda bilər” – Zlatko Daliç
01:50
  "Argentinanı əvvəlki vaxtlarına qaytara biləcək futbolçular tapmamışıq" - Sampaoli
01:12
  "Proqres" haqda çox düşünməməliyik" - İlqar Qurbanov
00:45
  Messiyə yaraşmayan göstərici
00:35
  Xorvatiyadan Argentinaya 3 qol - Video
00:20
  Fransa belə mərhələ adladı - Video
00:10
  Kapitan oyunun ən yaxşısı seçildi
00:01
  Mbappe Fransa futbolunun tarixinə düşdü
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore