Budak millimizdən kənarda qala bilər

Budak millimizdən kənarda qala bilər
GÜNDƏM 13 Mart 2018 / 12:04 3133
-  A +

“Samsunspor”un müdafiəçisi Ufuk Budak zədələnib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, PTT birinci liqanın son turunda qasıq nahiyyəsindən xəsarət alan futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı söylənilir. Ancaq onun nə vaxt sıraya qayıdacağı açıqlanmayıb.

Yenidən millimizə dəvət ediləcəyi gözlənilən Budakın zədəyə görə komandamızın qarşıdakı toplanışından kənarda qalacağı istisna olunmur.

Qeyd edək ki, yığmamız martın 23-də Bakıda Belarus, 27-də isə Antalyada Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.

Daha çox


Son xəbərlər