Reynaldo yenə klubsuz qala bilər

Reynaldo yenə klubsuz qala bilər
XƏBƏR 13 Mart 2018 / 10:53 4365
-  A +

“Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva bir müddət öncə transfer olunduğu “Aktobe”dən ayrıla bilər.

Qol.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb klubun müflis olma həddinə gəlib çıxmasıdır. FİFA bir neçə futbolçuya borcu olan “Aktobe”nin yeni transferlərini qeydiyyatdan keçirməsinə icazə vermir. Hətta komanda ölkə çempionatının ilk turunun “Kaysar”la səfər oyununa ötənilki və əvəzedici heyətdən cəlb olunmuş futbolçularla çıxıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Aktobe”nin baş direktoru Samat Smakov klubun rəsmi saytına açıqlamasında təkcə futbolçulara deyil, bəzi şirkətlərə də borclarının olduğunu açıqlayıb: “Təxminən 10-a yaxın futbolçu klubdan FİFA-ya şikayət edib. Yeganə çıxış yolumuz yeni sponsor və kluba dəstək verəbiləcək şəxslər tapmaqdır. Əgər borcları qaytara bilməsək, “Aktobe”nin müflis olduğunu açıqlamalı olacağıq”.
 

Daha çox


Son xəbərlər
20.09.18  16:56

Ramosdan antirekord