"Mançester Yunayted"in futbolçusu karyerasını bitirir

"Mançester Yunayted"in futbolçusu karyerasını bitirir
XƏBƏR 12 Mart 2018 / 19:54 3474
-  A +

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maykl Kerrik karyerasını bitirmək qərarına gəlib.

Qol.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, 36 yaşlı futbolçu bu barədə mətbuat konfransında açıqlama verib. O, bildirib ki, mövsümün sonunda futbolla vidalaşacaq:

“Bir gün elə bir vaxt gəlib çatır ki, bədənin səndən futbol oynamağa son qoymağı tələb edir. Mən də hazırda özümü bu cür hiss edirəm”.

Qeyd edək ki, Kerrikin “Mançester Yunayted”lə müqaviləsi yayda başa çatacaq.
 

Daha çox


Son xəbərlər
19.09.18  18:00

Millimiz məğlub oldu