"Atamın durumu yaxşı deyil, reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur. Əksinə, onu həyatda saxlayan dərmanlar da təsirini itirməyə başlayıb”.
Qol.az-ın xəbərinə görə, bunu "Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev deyib. O, hazırda "Baku Medical Plaza”da müalicə alan atasının durumunun daha da pisləşdiyini bildirib: "Həkimlər əlacsız qalıblar. Çünki problem tək ürək deyil, beynindəki şiş hər şeyi pozur. İki əsas orqanın sıradan çıxması həkimlərə nəsə etməyə imkan vermir. Atam artıq heç kimi tanımır. Əməliyyat olunmasa, beyninin düzəlməyi mümkün deyil. Hazırkı vəziyyətdə isə əməliyyata girsə, sağ çıxmaz”.
Y.Hacıyev 59 yaşlı mütəxəssisin bu halda yaşamasının möcüzə olduğunu söyləyib. O, atasının qidalanmasının və danışmasının çətinləşdiyini vurğulayıb: "Ürəyi çox pis haldadır. Üç dəfə konsultasiya olub. İki dəfə Bakıda, bir dəfə Moskvada. Həkimlər deyir ki, bu halda yaşaması belə möcüzədir. Ağır infarkt keçirdi, amma həyatdadır. Əməliyyat oluna bilmədiyi üçün kardiologiyada olan ən ağır dərmanlarla həyatda saxlayırlar”.
B.Hacıyev fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulub.
Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda
Qvardioladan məğlubiyyət şərhi
Dembele, Valverde, Kimmix, Brandt...
"Real"ın yarımfinala penaltilərlə yüksəldiyi oyun - Video
"Bavariya" və "Real" yarımfinalda
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"