"Neftçi" - "Qarabağ": 71-ci duelə doğru

"Neftçi" - "Qarabağ": 71-ci duelə doğru
PREMYER LİQA 11 Mart 2018 / 13:06 5417
-  A +

"Neftçi" martın 14-də Topaz Premyer Liqanın 20-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq.

Qol.az-ın “ağ-qaralar”ın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu komandalar indiyədək 70 çempionat oyununda üz-üzə gəliblər. Bu görüşlərdən 18-də qələbə qazanana “Neftçi” 27 oyunda məğlub olub. 25 görüş isə heç-heçə yekunlaşıb. Top fərqi də “Qarabağ”ın xeyrinədir – 77:63.

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, “Neftçi” hər iki görüşdə meydanı məğlub tərk edib. “Bakcell Arena”da 1:3, “Azərsun Arena”da isə 0:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu “Bakcell Arena”da keçiriləcək və saat 18:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı