Klub prezidentini əvvəl vurdular, sonra ölümlə hədələdilər

Klub prezidentini əvvəl vurdular, sonra ölümlə hədələdilər
DÜNYA FUTBOLU 11 Mart 2018 / 11:46 4654
-  A +

İngiltərə Premyer Liqasının son turunun “Vest Hem” – “Börnli” oyununun (0:3) gedişində xoşagəlməz hadisə yaşanıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qonaqların 3-cü qolundan sonra ev sahibi komandanın azarkeşləri klub rəhbərliyinin oturduğu sektora hücum çəkib. Əvvəlcə səhmdarları təhqir edib istefaya səsləyən fanatlar daha sonra onlara yad cisimlər atmağa başlayıblar. Bu zaman qəpik pullardan biri klubun səhmlərində pay sahibi olan Deyvid Sallivanın gözünə dəyib. Ancaq gözündəki eynək onu ağır xəsarət almaqdan xilas edib.

Bəzi azarkeşlər boğaz kəsmək hərəkəti ilə rəhbər şəxsləri təhdid ediblər. Klubun sahibləri 84-cü dəqiqədə mühafizəçilərin müşayiəti ilə stadionu tərk ediblər.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın