"Qarabağ" və "Sumqayıt"dan qələbə

"Qarabağ" və "Sumqayıt"dan qələbə
PREMYER LİQA 10 Mart 2018 / 20:54 16144
-  A +

Bu gün Topaz Premyer Liqada 19-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə daha 2 görüş keçirilib.

Debütant "Səbail" öz meydanında "Sumqayıt"ı qəbul edib. Altı oyundur məğlub olmayan və son turda "Qarabağ"dan bir xal alan Samir Abasovun komandası Avroliqaya vəsiqə şansını saxlamaq üçün səfər matçında üç xal qazanmalı idi ki, bunu da bacarıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə isə lider "Qarabağ" son vaxtlar uğursuz çıxışlarla yadda qalan "Zirə"ni qəbul edib. Oyun Ağdam klubunun qələbəsi ilə başa çatıb - 2:0.
 


10 mart

Topaz Premyer Liqa

XIX tur

19:00. "Qarabağ" - "Zirə" - 2:0
Qol:
Dani Kintana, 26, Elvin Yunuszadə, 35
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
"Azərsun Arena"

17:00. "Səbail" - "Sumqayıt" - 0:1
Qol:
Amil Yunanov, 69
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
"Bayıl Arena"





9 mart (cümə)


“Neftçi” - “Keşlə” - 3:2
Qollar:
Namiq Ələsgərov, 14 (1:0), Adrian Skarlatake, 16 (1:1), İqnasio Herrera, 48 (2:1), Pərdis Fərcad-Azad, 57 (2:2), Ruslan Abışov, 90 (3:2)


Kəpəz” - “Qəbələ” - 0:1
Qol:
Filip Ozobiç, 66


N Klublar O Q H M T-F X
1 Qarabağ 19 15 3 1 30-7 48
2 Qəbələ 19 12 2 5 33-19 38
3 Zirə 19 9 5 5 27-19 32
4 Sumqayıt 19 9 4 6 24-20 31
5 Neftçi 19 8 2 9 24-22 26
6 Səbail 19 5 2 12 13:27 17
7 Keşlə 19 5 2 12 16:31 15
8 Kəpəz 19 3 1 15 12:34 10

Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 11 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın