"Milan" və "Borussiya" öz meydanında uduzdu

"Milan" və "Borussiya" öz meydanında uduzdu
DÜNYA FUTBOLU 9 Mart 2018 / 02:01 12689
-  A +

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, mərhələnin ən maraqla gözlənilən matçı İtaliyada olub.

Burada "Milan" London "Arsenal"ını qəbul edib. Uzun ilər Çempionlar Liqasında rəqib olan iki nəhəng klub bu dəfə Avroliqada üz-üzə gəlib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Atletiko" Madriddə Moskva "Lokomotiv"ni 2:0 hesabı ilə üstələyib. 

Dortmund "Borussiya"sı öz meydanında gözlənilmədən Avstriyanın "Zalsburq" klubuna məğlub olub - 1:2.

8 mart

Avropa Liqası

1/8 final, ilk oyunlar

"Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) 2:2
Qollar:
Tsyqankov, 52 (0:1), İmmobile, 54 (1:1), Anderson, 62 (2:1), Moraes, 79 (2:2)

"Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya) 2:1
Qollar:
Bruma, 56 (1:0), Verner, 77 (2:0), Krişito, 86 (2:1)

"Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya) 3:1
Qollar:
Okampos, 1 (1:0), Payet, 14 (2:0), Aduriz, 45+3-pen (2:1), Okampos, 57 (3:1)

"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya) 2:0
Qollar: Montero, 45+1; 49

"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə) 0:2
Qollar:
Henrik, 15, Remzi, 45+4

"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya) 3:0
Qollar:
Niquez, 22, Kosta, 47, Koke, 90

"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya) 1:2
Qollar:
Berişka, 49-pen (0:1); 56 (0:2), Şürle, 62 (1:2)

MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa) 0:1
Qol:
Marselo, 68


Son xəbərlər