"Heç nə edə bilmədik" - Unai Emeri

"Heç nə edə bilmədik" - Unai Emeri
DÜNYA FUTBOLU 7 Mart 2018 / 12:11 5272
-  A +

"Real" bizdən daha yaxşı oynadı. Daha çox hücum etmək istəyirdik, amma birinci qol və qırmızı vərəqə şanslarımızı azaltdı. Rəqib növbəti mərhələyə keçməyə layiqdir".

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları matçdan sonra deyib.

"Real"a məğlub olduğumuz üçün məyus deyiləm. Ancaq 1/8 finalda mübarizəni dayandırdığımıza görə məyusam. Birinci matçda biz 80 dəqiqədən çox rəqibdən daha yaxşı idik. İkinci görüşdə isə oyuna 60 faiz "Real" nəzarət etdi. Biz heç nə edə bilmədik" - deyə o bildirib.

U.Emeri növbəti mövsümlərdə bu turnirin qalibi olmaq istədiklərini söyləyib: "Bunun üçün işləməyə və qələbə qazanacaq komanda qurmağa çalışacağıq. Əminəm ki, bu turnirin qalibi ola bilərik. Azarkeşlər həmin günü nə vaxtsa görəcəklər".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı