“Xəzər Lənkəran” və “Neftçi”nin sabiq futbolçusu Julius Vobay Qol.az-a müsahibə verib. Syerre-leoneli hücumçu həm ölkəmizdəki karyerasından danışıb, həm də “ağ-qaralar”ın hazırkı durumuna toxunub.
- Azərbaycandan gedəndən sonra nə işlə məşğul olursunuz?
- “Neftçi”dən ayrıldıqdan sonra Birləşmiş Ərəb Əmirliklərinə getdim. Daha sonra isə Sloveniyanın “Olimpiya” klubuna keçdim. Hətta bu komanda ilə titul da qazandım. 22 ildən sonra çempion oldular. Sevinirəm ki, komandanın uğurunda mənim də payım var.
- Ölkəmizdə əsas uğurlarınız “Neftçi” ilə bağlıdır. Maraqlıdır, hələ də sabiq komandanızı diqqətdə saxlayırsınız?
- Əlbəttə. Demək olar ki, “Neftçi”nin bütün çempionat oyunlarını izləyirəm. Bu komanda hər zaman həyatımın bir parçası olaraq qalacaq.
- “Neftçi”dən niyə ayrıldınız?
- Əslində mən “Neftçi”də qalmaq istəyirdim. Amma müqaviləm başa çatdıqdan sonra yeni anlaşma təklif etmədilər. Seçim imkanım olmadığı üçün getməyi qərara aldım.
- Yenidən “ağ-qara” formanı geyinmək istərdiniz? Yoxsa artıq gecdir?
- Təbii ki, istərdim. Nə vaxtsa yenidən “Neftçi”nin şərəfini qorusam, buna görə ancaq şad olaram. Düşünürəm ki, “Neftçi”də əvvəlki səviyyədə çıxış edə bilərəm. Heç nə dəyişməyib. Mən elə əvvəlki Vobayam. Məncə, bacararam. Yenidən “Neftçi”nin bir parçası olmaq üçün heç də gec deyil.
- Dediniz ki, “Neftçi”nin bütün oyunlarını izləyirsiniz. Yəqin ki, komandanın hazırkı durumundan xəbərdarsınız...
- Hə, bilirəm ki, komanda yaxşı vəziyyətdə deyil. Elə turnir cədvəlindəki mövqeyi də bunu göstərir. Amma klubun daxilində olmadığım üçün bir söz demək çətindir. İnanıram ki, tezliklə bu vəziyyətdən çıxacaq. Hər bir klub müəyyən dövrlərdə eniş yaşayır. “Neftçi” də hazırda o mərhələni keçir.
- “Neftçi” azarkeşlərinə nə demək istərdiniz?
- Onları çox sevirəm. Mən “Neftçi”də oynayanda hər zaman bizi dəstəkləyirdilər. İnanıram ki, indi də elədir. Bir az səbrli olsunlar. “Neftçi” tezliklə əvvəlki əzəmətini qaytaracaq.
- Vaxtı ilə “Neftçi”də rəhbərliyi altında oynadığınız Böyükağa Hacıyevin vəziyyəti yaxşı deyil. Sabiq baş məşqçiniz infarkt keçirib və hazırda xəstəxanadadır. Bundan xəbəriniz var?
- Bu barədə məlumatım var. Saytlardan oxumuşam. Açığı, onunla bağlı xəbərləri izləyirəm. Şəxsən mənim, onun başçılığı altında oynamış bir futbolçu üçün çox kədərli məqamdır. Çünki Böyükağa Hacıyev təkcə məşqçi kimi yox, həm də insan kimi çox yaxşıdır. Ona sağlamlıq arzulayıram. Dualarım həmişə onunladır.
Elnur SALAHOV
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza