"Arsenal" Vengerin əvəzləyicilərini seçdi

"Arsenal" Vengerin əvəzləyicilərini seçdi
DÜNYA FUTBOLU 27 Fevral 2018 / 12:13 5327
-  A +

"Arsenal" baş məşqçi vəzifəsinə namizədlər müəyyənləşib.

Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, mövsümün sonu komandadan ayrılacağı gözlənilən Arsen Vengerin əvəzinə 3 əsas namizəd seçilib. Bunlar "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi Mikel Arteta, "Monako"nun çalışdırıcısı Leonard Jardim, "Seltik"in baş məşqçisi Brendan Rodcersdir.

Qeyd edək ki, digər namizədlərin Yoahim Löv (Almaniya) və Paulu Fonseka ("Şaxtoyr") olduğu iddia edilir.

 


Son xəbərlər