Premyer Liqada qış fasiləsi - qərar verildi

Premyer Liqada qış fasiləsi - qərar verildi
DÜNYA FUTBOLU 27 Fevral 2018 / 11:29 4150
-  A +

İngiltərə Futbol Assosiasiyası 2019/2020 mövsümündən etibarən Premyer Liqada qış fasiləsinin tətbiqinə qərar verib.

Qol.az "The Sun"a istinadən yaydığı xəbərə görə, fasilə İngiltərə kubokunda 5-ci mərhələnin oyunlarının önə çəkilməsi ilə yaranacaq. Qurum bu addımı klubların avrokuboklarda və milli komandanın beynəlxalq yarışlarda nəticələrini yaxşılaşdırmaq üçün atıb.

Qərara əsasən, 2020-ci ilin fevral ayında ən azı 13 günlük fasilə yaranacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı