“Neftçi”nin hücumçusu Lukas Qomes Topaz Premyer Liqanın 17-ci turunun “Zirə” ilə oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, argentinalı forvard əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. İlk dəqiqələrdən sonadək gözəl oyun sərgilədik. Hesabı açandan sonra ikinci qolu da vurmaq istəyirdik. Amma hər şey bizim xeyirimizə olan vəziyyətdə rəqib qapımıza yol tapdı və bərabərlik qolunu vurdu. 90 dəqiqə ərzində qapımız qarşısında yaxaladıqları yeganə təhlükəli vəziyyətdən maksimum istifadə etdilər. Ümumi götürsək, oyun ərzində biz daha üstün futbol nümayiş etdirdik.
- “Neftçi”nin bu görüşdə 2 xal itirdiyini söyləmək olar?
- Əlbəttə, biz hər oyuna qələbə üçün çıxırıq. Evdə oynadığımız üçün 3 xal götürmək istəyirdik. Buna baxmayaraq, 2 xal itirdik.
- Meydana çıxdığın oyunlarda hələlik heç nə ilə yadda qalmamısan. Bu, nə ilə bağlıdır?
- Bu oyunda tək hücumçu kimi çıxış edirdim. Qol vurmaq istəyirdim. Amma rəqib müdafiədə yaxşı qapandığı üçün mənə ancaq “qara iş”i görmək qalırdı. Hərəkətlərimlə komanda yoldaşlarım üçün boşa sahələr açmağa çalışırdım. Hələ 3 oyun keçib. Üzülmürəm. Əksinə, öz üzərimdə daha yaxşı çalışıram ki, komandaya xeyirim dəysin.
- Mətbuatda belə bir xəbər yayılıb ki, “Neftçi”yə futbolçuları diskə baxıb götürürlər. Sən də belə gəlmisən?
- Məni belə şeylər maraqlandırmır. Məni disklə götürməyiblər.
- Bəs keçidin necə alınıb?
- Hərənin öz fikri var. Hamısına hörmətlə yanaşıram. “Neftçi” rəsmiləri menecerimlə əlaqə saxlayıb, məni transfer etmək istədiklərini bildiriblər. Mən də təklifi yaxşı düşünüb, dəyərləndirdikdən sonra bura gəlmişəm.
- Səncə, mövsümün sonuna kimi neçə qol vura bilərsən?
- İndiyə kimi hansı komandada oynamışamsa, qol vuracağıma söz verməmişəm. Futboldur, hər şey ola bilər. Həmişə demişəm ki, sonadək vuruşub, komandaya xeyir verəcəm.
"Qusar"dan darmadağın
Noyerdən yeni rekord
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı
Luis Enrike: "Mbappe əvvəldən sona qədər əsl lider idi"
"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"
"Daha deyəcək bir şey yoxdur" - Simeone