Qvardiolanı lent taxmağa görə cəzalandıracaqlar?

Qvardiolanı lent taxmağa görə cəzalandıracaqlar?
DÜNYA FUTBOLU 25 Fevral 2018 / 12:20 3870
-  A +

Ötən ilin oktyabr ayından başlayaraq, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bütün matçlara sinəsinə sarı lent bağlanmış geyimlərlə çıxır.

Qol.az saytı xəbər verir ki, bu lent Kataloniyanın müstəqilliyinin tərəfdarlarının rəmzi hesab edilir.

Qedy edək ki, Qvardiola Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil dövlət olmasının qəti tərəfdarı və təbliğatçısıdır.

2017-ci ilin dekabr ayında Mançester derbisi öncəsi keçirilən mətbuat konfransında “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Qvardiolanın belə hərəkət etməsinə qarşı çıxmışdı: “Onun vətəninə sevgisini anlayıram. Amma bir insanın hisslərini futbola daşıması nə dərəcədə doğrudu, bilmirəm. Mən inanmıram ki, futbol qaydaları hər hansı siyasi təbliğata imkan verir”.

Qeyd edək ki, o vaxtdan bu məsələ zaman-zaman İngiltərə mətbuatında işıqlandırılır. Açıq siyasi təbliğata görə İngiltərə Futbol Assosiasiyasının Qvardiolaya cəza kəsəcəyi gözlənilir.

Əlavə edək ki, assosiasiyanın bununla bağlı xəbərdarlığına baxmayaraq, Qvardiola yenə həmin lenti sinəsinə vurmağa davam edir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord