"Qarabağ" və "Sumqayıt"dan vacib qələbə

 "Qarabağ" və "Sumqayıt"dan vacib qələbə
PREMYER LİQA 25 Fevral 2018 / 19:54 15691
-  A +

Bu gün Topaz Premyer Liqada 17-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki matç keçirilib.

Günün ilk matçında "Keşlə" öz meydanında "Sumqayıt"ı qəbul edib. "Sumqayıt" 90-cı dəqiqədə vurduğu qol sayəsində qalib gəlib və dördüncü pillədki mövqeyini daha da gücləndirib. Bu qələbə sayəsində onların yaxın izləyici "Neftçi" ilə aralarındakı xal fərqi 7-yə qalxıb.

Turun son oyununda isə "Qarabağ" "Kəpəz"i qəbul edib. Matçın aşkar favoriti Ağdam klubu idi. "Qəbələ"nin "Səbail"ə uduzması səbəbindən Qurban Qurbanovun komandası "Kəpəz"i məğlub etməklə çempionluq yolunda vacib addım atıb. Bu gün qələbə qazanan "Qarabağ" sona 11 tur qalmış ən yaxın izləyicisini 9 xal qabaqlayır.


25 fevral

Topaz Premyer Liqası, 17-ci  tur


18:00. "Qarabağ" - "Kəpəz" - 1:0
Qol:
Mahir Mədətov, 85
Baş hakim: Orxan Məmmədov
"Azərsun Arena"


15:00. "Keşlə" - "Sumqayıt" - 1:2
Qollar:
Tural Axundov, 2-pen. (0:1), Rail Məlikov, 12-avtoqol (1:1), Rəşad Eyyubov, 90 (1:2) 
Baş hakim: Rəhim Həsənov
"İnter Arena"


24 fevral

"Neftçi” – "Zirə” - 1:1
Qollar:
İqnasio Herrera, 22 (1:0), Evans Uilyams, 30 (1:1)

"Səbail” – "Qəbələ” - 2:1
Qollar:
Vitali Vernidub, 25-avtoqol (1:0), Fəhmin Muradbəyli, 56 (2:0), Baqali Dabo, 68 (2:1)


N Klublar O Q H M T-F X
1 Qarabağ 17 14 2 1 27-6 44
2 Qəbələ 17 11 2 4 31-17 35
3 Zirə 17 9 5 3 26-15 32
4 Sumqayıt 17 8 3 6 22-19 27
5 Neftçi 17 6 2 9 19-19 20
6 Səbail 17 5 2 10 12:24 17
7 Keşlə 17 4 2 11 12:27 12
8 Kəpəz 17 2 1 14 10:32 7

Bombardirlər

Baqali Dabo ("Qəbələ) - 11 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı