“Mənə demişdilər ki, Azərbaycan çempionatı gərgin keçir”

“Mənə demişdilər ki, Azərbaycan çempionatı gərgin keçir”
ÖLKƏ FUTBOLU 25 Fevral 2018 / 00:22 4960
-  A +

“Zirə”nin yeni transferi Comal Uilyams Topaz Premyer Liqanın 17 turunun “Neftçi” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, trinidad və tobaqolu hücumçu əvvəlcə 1:1 hesablı heç-heçəni şərh edib.



- Hər iki komanda oyuna yaxşı başladı. Mənim üçün həyəcanlı bir oyun oldu. Amma ümumi götürsək, deyə bilərəm ki, hamı oyundan zövq ala bildi. Maraqlı görüş alındı.

- Azərbaycan çempionatında qol hesabını açdın...

- Qol vurmaq hər bir hücumçunun karyerasında arzuladığı bir şeydir. Gələcək oyunlarda da bunu təkrarlamağa çalışacam.

- Azərbaycana gəlişin necə alınıb və burada şəxsi hədəflərin nədən ibarətdir?

- Ölkənizə menecerimin vasitəsilə gəlmişəm. Mənim videomu izlədikdən sonra, təklif göndərdilər. Düşündüm ki, “Zirə”də özümü yaxşı tərəfdən göstərə biləcəm. Hazırda hər şey qaydasındadır. Bir az da “artırmağ”a çalışacam.

- Yəqin ölkəmizə gəlməmişdən öncə çempionat barədə məlumat toplamısan. Maraqlıdır, eşitdiklərinlə gördüklərin arasında nə kimi fərqlər müşahidə etmisən?

- Demək olar ki, ciddi fərq yoxdur. Mənə demişdilər ki, Azərbaycan çempionatı çox gərgin keçir. Gəlib gördüm ki, dediklərində həqiqət var.

- Meksikanın “Mursilaqos” klubundan daha bir futbolçu ölkəmizə gəldi. Həmyerlin və sabiq komanda yoldaşın Şadon Vinçester “Kəpəz”lə müqavilə bağladı. Hələ ki, özünü doğrulda bilmir...

- Bu, daha çox adaptasiya ilə bağlıdır. Vinçester yaxşı futbolçudur. Düşünürəm ki, gələcəkdə onun üçün hər şey daha yaxşı olacaq.

- Birinci hissədən fərqli olaraq, ikinci yarıda müdafiəyə çəkildiniz. Deyəsən, 1 xal üçün gəlmişdiniz...

- Biz bura xal qazanmaq üçün gəlmişdik. Heyətlə bağlı dəyişiklikləri baş məşqçi edir. Onun qərarlarına hörmətləyanaşmaq lazımdır. Belə qərar veribsə, deməli, normaldır.

Daha çox


Son xəbərlər