“Qəbələdəki hadisələr futbolçulara psixoloji təsir etmişdi”

“Qəbələdəki hadisələr futbolçulara psixoloji təsir etmişdi”
ÖLKƏ FUTBOLU 24 Fevral 2018 / 20:42 2774
-  A +

"Neftçi" səfərinin çətin və ağır olacağını bilirdik. Ümumən uşaqlar tapşırıqlarımızı yerinə yetirdilər. Qarşılaşmanın son anlarında müdafiə futboluna üstünlük verdik. Qəbələdə baş verən hadisələr futbolçuların psixoloji durumuna təsir göstərmişdi. Ən əsası odu ki, futbolçularımız bu vəziyyətdən çıxa bildilər".

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin məşqçisi Elnur Çodarov Topaz Premyer Liqanın 17-ci turunda "Neftçi" ilə keçirilən oyundan sonra deyib.
 
O, komandanın azlıqda qalmasının nəticəyi təsir etdiyini bildirib: "Qırmızı vərəqə də oyuna öz təsirini göstərdi. Əsas heyətin bəzi oyunçuları gedib və yenilərin adaptasiyası ləngiyir. Bir neçə oyun lazım idi ki, tam uyğunlaşsınlar. “Qəbələ”nin oyununa fikir vermədik. Biz öz oyunumuzu göstərdik. Komandadan razıyam.  Məqsədimiz uduzmamaq idi".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord