Azərbaycanlı futbolçuların komandaları heç-heçə etdi

Azərbaycanlı futbolçuların komandaları heç-heçə etdi
XƏBƏR 24 Fevral 2018 / 13:22 3294
-  A +

Hollandiyanın 1-ci liqasında 26-cı turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, U-21 millimizin üzvü Ozan Can Kökcünün komandası “Valveyk” azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş”un qonağı olub. Oyunda hesab açılmayıb.

Z. Əzizov meydana start heyətində çıxb və 77-ci dəqiqədə əvəzlənib. Kökcü isə 84-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, “Den Boş” hazırda turnir cədvəlində 10-cu, “Valveyk” isə 18-ci pillədə qərarlaşıb.


Son xəbərlər