“Neftçi”nin sabiq hücumçusu məşqçiliyə başladı

“Neftçi”nin sabiq hücumçusu məşqçiliyə başladı
XƏBƏR 24 Fevral 2018 / 12:11 3705
-  A +

“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov məşqçiliyə başlayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Estoniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında köməkçi-məşqçi vəzifəsində çalışacaq. V. Voskoboynikov parelel olaraq “Levadiya”nın futbol məktəbində idman direktoru kimi işini davam etdirəcək.

O, B kateqoriyasında UEFA-nın məşqçilik lisenziyasına sahibdir.

Qeyd edək ki, karyerasını ötən ilin sonunda bitirən Voskoboynikov “Neftçi”də 2010-cu ildə oynayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı