Bu gün “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 72 il ötür.
Qol.az-ın “Neftçi”nin saytına istinadən yaydığı xəbərə görə, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda
121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.
1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”li “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.
SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl “Şöhrət ordeni” ilə təltif olunub.
“Neftçi”yə sədaqətini heç vaxt itirməyən “9 nömrə” azarkeşlərin yaddaşında əbədi olaraq qalacaq.
Doğum günün mübarək, Banya! Sən bizim qəlblərdə həmişə yaşayırsan!
Noyerdən yeni rekord
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı
Luis Enrike: "Mbappe əvvəldən sona qədər əsl lider idi"
"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"
"Daha deyəcək bir şey yoxdur" - Simeone
"Hakim hər şeyi məhv etdi" - Xavi
“Borussiya”dan möhtəşəm geridönüş, Simeone çökdü - Video
PSJ “Barselona”nı nokauta saldı - Video