"Barselona"da yeni müqavilə - rəsmi

"Barselona"da yeni müqavilə - rəsmi
DÜNYA FUTBOLU 22 Fevral 2018 / 17:15 3985
-  A +

"Barselona" Serji Roberto ilə olan müqavilənin müddətini uzadıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Yeni anlaşmaya əsasən, 26 yaşlı futbolçu 2022-ci ilə qədər kataloniyalıların formasını geyinəcək. Həmçinin klub rəhbərliyi Roberto üçün yeni təzminat qiyməti də müəyyənləşdirib. Hansısa klub İspaniya millisinin üzvünü vaxtından əvvəl transfer etmək istəsə, bunun üçün 500 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 2010-cu ildə "Barselona"da çıxış edən Roberto 115 oyun keçirib.


Son xəbərlər