"Neftçi" – "Zirə": onlar oynamayacaqlar

"Neftçi" – "Zirə": onlar oynamayacaqlar
XƏBƏR 22 Fevral 2018 / 14:59 2828
-  A +

Topaz Premyer Liqasının 17-ci turunun “Neftçi” – “Zirə” oyunuöncəsi hər iki komandanın düşərgəsində ciddi itkilər var.

Qol.az-ın məlumatına görə, “ağ-qaralar”ın heyətində Rəşad Sadiqov cəzalıdır. Ötən tur “Sumqayıt”la səfər matçında azarkeşləri təhqir etdiyi üçün diskvalifikasiya olunan təcrübəli yarımmüdafiəçi qarşıdakı 3 turu buraxacaq. Ondan başqa, zədəli olan Məhəmməd Mirzəbəyovla Elnur Cəfərovun da “Zirə”yə qarşı oynamayacaqları dəqiqdir.

"Zirə"də isə “Qəbələ” ilə səfər oyunundakı məlum qalmaqala görə 2 oyunluq cəzalanan Riçard Qadze və Sadio Tounkara, eləcə də sarı vərəqə limiti dolan Milan Duriç meydana çıxmayacaq. Həmçinin, 2 oyunluq cəza alan komandanın baş məşqçisi Ayxan Abbasov da texniki zonada yer almayacaq.

Qeyd edək ki, “Neftçi” – “Zirə” matçı fevralın 24-də keçiriləcək. Qarşılaşma saat 18:00-da start götürəcək.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki