“Zirə”yə keçdi, millidən kənarda qaldı

“Zirə”yə keçdi, millidən kənarda qaldı
XƏBƏR 22 Fevral 2018 / 14:00 4011
-  A +

Yanvarın 30-da millimizlə yoxlama oyunu (0:0) keçirən Moldova yığması daha bir görüşdə qüvvəsini sınayacaq.

Qol.az-ın məlumatına görə, Aleksandr Spiridonun komandası fevralın 26-da Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Baş məşqçi artıq bu oyun üçün heyəti açıqlayıb. Təcrübəli mütəxəssis düşərgəyə 22 futbolçu çağırıb.

Bir müddət öncə “Zirə”yə transfer olunan Aleksandr Dedov millidən kənarda qalıb. Bu oyun FİFA pəncərəsinə daxil olmadığından, Spirodon yığmaya ancaq daxili çempionatda çıxış edən futbolçuları çağırıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi