Azərbaycan neçəncidir? - UEFA reytinqi

Azərbaycan neçəncidir? - UEFA reytinqi
XƏBƏR 22 Fevral 2018 / 09:45 2384
-  A +

Çempionlar Liqasının 1/8 finalının 2, Avropa Liqasının 1/16 finalının 1 oyunundan  sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, keçirilən  matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb.

Serbiyanın xalsız qalması Azərbaycanın mövqeyini qoruması ilə nəticələnib. “Srvena Zvezda” səfərdə MOİK-ə qalib gəlsəydi, ölkəmiz bir addım geriləyəcəkdi. Bunun gerçəkləşməməsi 0.375 xallıq üstünlüyümüzün qorunmasına səbəb olub. Avrokuboklar mövsümünü başa vuran Azərbaycanın 19.125 xalla 23 pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 19.475 xalı var.


Son xəbərlər