Balotelli: "Putin, hardasan?" - Video

Balotelli: "Putin, hardasan?"  -  Video
VİDEO 21 Fevral 2018 / 18:40 6623
-  A +

Avropa Liqasının 1/16 final mərhələsində “Lokomotiv”lə oyun üçün Rusiyanın paytaxtı Moskvada olan “Nitsa”nın hücumçusu Mario Balotelli növbəti dəfə etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

Qol.az-ın məlumatına görə, “Qırmızı meydan"da komanda yoldaşları ilə gəzintidə olarkən futbolçulardan biri ərazidəki binalardan birini göstərərək, “Putin buradadır” deyib.

Bundan sonra Balotelli bir neçə dəfə Rusiya prezidentinin adını çəkərək, “Putin, sən hardasan” deyə zarafat etməyə balşayıb. Qalmaqallı futbolçu eyni cümləni ingilis dilində bir neçə dəfə təkrarlayıb ki, bu da komanda yoldaşlarının gülüşünə səbəb olub.

Qeyd edək ki, “Lokomotiv” – “Nitsa” oyunu sabah keçiriləcək. Fransadakı ilk qarşılaşmada Moskva təmsilçisi 3:2 hesablı qələbə qazanıb.



Son xəbərlər