Koutinyonun evi qarət olundu

Koutinyonun evi qarət olundu
XƏBƏR 20 Fevral 2018 / 21:30 4083
-  A +

"Barselona"nın yeni transferi Filipe Koutinyonun evi qarət olunub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, hadisə ötən gecə olub.

Ailəsi ilə birlikdə şəhərə çıxan braziliyalı futbolçu geri qayıdanda  evindən oğurluq edildiyini görüb. O, dərhal polisə şikayət edib. Oğrular hələ tapılmayıb.

Qeyd edək ki, Koutinyo qış transfer pəncərəsində 160 milyon avro qarşılığında "Liverpul"dan "Barselona"ya keçib.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"