“Çelsi”nin üzvü ilin futbolçusu seçildi

“Çelsi”nin üzvü ilin futbolçusu seçildi
XƏBƏR 20 Fevral 2018 / 18:28 3188
-  A +

“Çelsi”nin nigeriyalı futbolçusu Viktor Mozes ölkəsində ilin futbolçusu seçilib.

Qol.az-ın London klubunun saytına istinadən yaydığı xəbərə görə, Mozes Nigeriya Futbol Federasiyasının versiyasına əsasən, ötən ilin ən yaxşı futbolçusu seçilib.

O, Uilfred Ndidi (“Lester”) və Entoni Okpotunu (“Lyubi Stars”) qabaqlayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində 3 qola imza ataraq, Nigeriya millisinin ən məhsuldar futbolçusu olub.

Son xəbərlər