Topaz Premyer Liqa və kubokun təqvimi dəyişdirildi

Topaz Premyer Liqa və kubokun təqvimi dəyişdirildi
ÖLKƏ FUTBOLU 20 Fevral 2018 / 13:11 4742
-  A +

Peşəkar Futbol Liqası (PFL) 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişikliklər edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqa və Azərbaycan kubokunun təqvimindəki dəyişikliklərə milli komandamızın mart toplanışı və yoxlama görüşləri, həmçinin 11 aprel Prezident seçkiləri səbəb olub.

Çempionatın 19-cu turunun “Kəpəz” – “Qəbələ” və “Keşlə”- “Neftçi”  oyunları martın 9-da, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları isə martın 10-da olacaq. 20-ci turun “Keşlə”- “Qəbələ” qarşılaşması martın 13-də, turun digər üç oyunu isə martın 14-də keçiriləcək.


Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları aprelin 11-də deyil, aprelin 12-də oynanılacaq. Həmçinin, Premyer Liqanın 23-cü turundakı “Zirə” – “Neftçi” görüşü aprelin 14-dən 15-nə keçirilib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı