Aquero cəzalandırıla bilər - azarkeşi vurduğuna görə

Aquero cəzalandırıla bilər - azarkeşi vurduğuna görə
DÜNYA FUTBOLU 20 Fevral 2018 / 11:20 4080
-  A +

"Mançester Siti"nin futbolçusu Serxio Aquero uzun müddətlik cəzalandırıla bilər.

Qol.az-ın "The Suna"a istinadən yaydığı xəbərə görə, buna onun İngiltərə kubokunun 1/8 finalında "Uiqan"la oyundan sonra rəqib komandanın azarkeşini vurması səbəb ola bilər. "Uiqan"ın azarkeşləri 1:0 hesablı qələbəni qeyd etmək üçün matç bitdikdən sonra meydana axışıblar. Bu zaman Aquero ilə azarkeşlərdən birinin arasında mübahisə düşüb. Argentinalı hücumçu azarkeşin üzünə zərbə endirib.

Hadisəyə İngiltərə Futbol Assosiasiyası baxacaq. Aqueronun uzun müddətlik cəzalandırılacağı gözlənilir.



Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı