“Beşiktaş”ın uğurunun sirri baş məşqçisindədir" - Haynkes

“Beşiktaş”ın uğurunun sirri baş məşqçisindədir" -  Haynkes
XƏBƏR 20 Fevral 2018 / 01:15 4067
-  A +

“Beşiktaş” futbol oynamağı bacarır. Onların bu mərhələyə qədər gəlməsində təəccüblü heç nə yoxdur”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Bavariya”nın baş məşqçisi Yupp Haynkes UEFA-nın saytına açıqlamasında deyib.

Çempionarlar Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Beşiktaş”la keçiriləcək görüş haqda danışan təcübəli mütəxəssis rəqib haqda xoş sözlər söyləyib: “Türklər qrup mərhələsinin hər üç səfər oyununda qalib gəlib. Onlara imkan versək, hücum futbolçu oynayacaqlar. “Beşiktaş” öz şansını axtaracaq. Buna hazır olmalıyıq. Bununla belə, inanıram ki, komandam növbəti mərhələyə yüksəlmək üçün bu oyunda ilk addımı atacaqlar".

Haynkes İstanbul klubunun uğurunun sirrini komandanın çalışdırıcısı ilə əlaqələndirib: “Beşiktaş”ın sirri baş məşqçisindədir. Şenol Günəşin böyük təcrübəsi var. Yüksək səviyyəli mütəxəssisdir. O, komandanı necə toparlamağı yaxşı bilir. Mən həmkarıma çox hörmət edirəm”.

Qeyd edək ki, bu gün keçirilən “Bavariya” – “Beşiktaş” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı