Millimizin üzvü ehtiyatda qaldı, komandası qalib gəldi

Millimizin üzvü ehtiyatda qaldı, komandası qalib gəldi
XƏBƏR 19 Fevral 2018 / 23:00 3286
-  A +

Türkiyə Superliqasında 22-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" "Göztəpə"ni qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi başa çatıb.

"Gənclərbirliyi" - "Göztəpə" - 3:0
Qollar
: Jaliton Paraiba, 3, 67, Elvis Manu, 87
Qırmızı vərəqə:Adama Traore, 29 ("Göztəpə")

D.Yılmaz görüşü ehtiyat oyunçular skamyasından izləyib.

22 turdan sonra turnir cədvəlinə 46 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" və "Fənərbxça" hərəyə 44 xalla 2-3-cü pillələri bölüşdürür. "Gənclərbirliyi" isə 25 xalla 13-cü pillədə qərarlaşıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı