PSJ 3 xal, "Monako" 180 milyon avro qazandı

PSJ 3 xal, "Monako" 180 milyon avro qazandı
XƏBƏR 19 Fevral 2018 / 22:25 6550
-  A +

PSJ-nin Fransa Liqasının 26-cı turunda “Strasburq”u 5:2 hesabı ilə məğlub etməsi “Monako”ya 180 milyon avro qazandırıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, ötən şənbə keçirilən oyunda qazanılan qələbə ilə Paris təmsilçisi liderliyi möhkəmləndirib. Unai Emerinin komandasının həmçinin yeni mövsümdə də yüksək liqada iştirak edəcəyi dəqiqləşib.

Bu isə "Monako"ya 180 milyon avro qazandırıb. Belə ki, mövsümün əvvəlində Kilian Mbappenin keçidi ilə bağlı “Monako” ilə PSJ arasında bağlanmış müqavilədə Paris klubu ölkə çempionatının növbəti mövsümündə iştirak edəcəyi təqdirdə, Mbappeni 180 milyon avro ödəyərək transfer edəcək” - bəndi yer alıb.

Beləliklə, PSJ mövsümün sonu 180 milyon avro ödəyərək Mbappeni birdəfəlik alacaq.

Qeyd edək ki, Mbappe bu mövsüm icarə əsasın Paris təmsilçisində çıxış edir.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı