"Zədəm ciddi deyil" - Miçel

"Zədəm ciddi deyil" - Miçel
XƏBƏR 19 Fevral 2018 / 12:20 1692
-  A +

Topaz Premyer Liqanın 16-cı turunun "Səbail"lə oyununda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Miçel Maderanın zədəsi ciddi deyil.

Bu barədə Qol.az-a açıqlamasında ispan futbolçu özü məlumat verib. O, bildirib ki, 2-3 gün istirahət etməli olacaq:

"Rəqib futbolçu ilə mübarizədə ayağıma zərbə endirdi. Hazırda ağrılar var. Ancaq zədəm ciddi deyil. Həkimlər 2-3 günlük istirahətdən sonra hər şeyin qaydasına düşəcəyini bildirdilər".

Qeyd edək ki, Miçel matçın 69-cu dəqiqəsində Ansi Aqolli ilə əvəzlənib. Görüş isə "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı