"Dino yaxşı futbolçudur, amma..." – Riçard Almeyda

"Dino yaxşı futbolçudur, amma..." –  Riçard Almeyda
ÖLKƏ FUTBOLU 18 Fevral 2018 / 21:50 6911
-  A +

Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqanın 16-cı turunda “Səbail” üzərində 1:0 hesablı səfər qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, millimizin üzvü əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Oyunun çətin olacağını bilirdik. Özü də ki, belə bir stadionda. Çempionatda asan oyun yoxdur. Esas olan 3 xal idi, onu da qazandıq. Növbəti turda “Kəpəz”lə oynayacağıq. Həmişəki kimi hazırlaşacağıq ki, yenə müsbət nəticə qazanaq.

- “Səbail”lə oyunlarınız çətin keçir. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bütün komandalar bizə qarşı fərqli oynayırlar. Daha yaxşı mübarizə aparırlar. Ötən tur “Qəbələ” ilə oyunumuz pis alınmamışdı. Sadəcə, hərdən yaxşı oynayıb, qələbə qazanmaq olmur. Bizim üçün əsas 3 xal idi.

- Nə qədər qəbul etməsəniz də, Dino Ndlovunun gedişindən sonra, görünür ki, son nöqtəni qoymaqda çətinlik çəkirsiniz...

- Dino yaxşı futbolçudur. Amma etiraf edək ki, onun da qaçırdığı qol epizodları çox olurdu. Mahir gəncdir, ona dəstək olmalıyıq. Bu gün fərqləndi. Daha çox qol vura bilərdi. Ronaldo kimi böyük futbolçular belə qol epizodlarını boşa verirlər. Burda ciddi problem görmürəm.

- Oyun qurmaq baxımından “Qəbələ” ilə matçda çox əziyyət çəkdiniz, yoxsa bu gün?

- Heç bir əziyyət çəkmədik. Hər dəfə istədiyimizi ortaya qoymağa çalışırıq.

- Böyük ümidlərlə transfer olunan Ramil Şeydayev ehtiyatda oturur. Düşünmürsən ki, belə bir hücumçu 15 dəqiqə şans almağa layiqdir?

- Ramil yaxşı futbolçudur. “Qarabağ”a gələndən öz üzərində daim çalışır. İşləməyi sevən biridir. Ancaq qərarlar baş məşqçiyə məxsusdur. Ona qarışmaq istəmirəm.

Daha çox


Son xəbərlər