"Qarabağ”ın imkan verdiyi qədər oynadıq" - Samir Əliyev

"Qarabağ”ın imkan verdiyi qədər oynadıq" -  Samir Əliyev
ÖLKƏ FUTBOLU 18 Fevral 2018 / 20:10 3383
-  A +

"Uşaqların oyunundan razı qaldım. Matçdan sonra onları oyuna görə təbrik etdim. “Qarabağ”la “Səbail” eyni səviyyəli komandalar deyil. Çalışdıq, yaxşı mübarizə aparaq. Əlimizdən gələni etdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 16-cı turunda "Qarabağ"a uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

- İki fərqli hissə izlədik. İlk hissədə “Səbail” daha hərəkətli idi. İkinci hissədə isə, xüsusilə, 60-cı dəqiqədən sonra komanda daha ləng görünürdü. Bu, yorğunluqla bağlı idi?

- Mən belə düşünmürəm. Əksinə, ikinci hissədə bir neçə dəyişiklikdən sonra daha fəal oynamağa başladıq.

- Komandalar arasında səviyyə fərqinin olduğunu dediz. Ancaq “Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı.

- Komandamız yenidir. Qış fasiləsində bizə yeni futbolçular qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Ən azı 7-8 oyun lazımdır ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.

- Bu gün “Kəpəz” - “Keşlə” oyununda kimə azarkeşlik edirdiz?

- Düzü, mən həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda “Qəbələ” ilə çətin oyunlar gözləyir. Həm “Keşlə”, həm də “Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın