"Hər oyundan sonra bu sözü deməyə məcburuq" - Yunis Hüseynov

"Hər oyundan sonra bu sözü deməyə məcburuq" -  Yunis Hüseynov
ÖLKƏ FUTBOLU 18 Fevral 2018 / 18:15 4158
-  A +

"Autsayder komandaların derbisi idi. Ədalətli nəticəsi heç-heçə olan bir görüş izədik. Təəssüflər olsun ki, qapımıza bir hücum oldu və o da qolla nəticələndi. "Neftçi" ilə matçda da belə olmuşdu. Məcburuq hər oyundan sonra bu sözü deyək ki, qarşıda bizi digər oyunlar gözləyir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 16-cı turunda “Keşlə”yə uduzduqları oyundan (0:1) sonra deyib.

O, futbolçularından narazı qalmadığını bildirib:"Dario Frederiko və Vinçester qol vurmaq üçün əsas futbolçularımızdır. Darionu əvvəldən də tanıyırsınız. Məncə o, yenidən qollarını sıralayacaq. Sizdə deyim ki, o, Antalyada bizə qoşulsaydı, bu dəqiqə daha yaxşı oyun sərgiləyərdi. Bəlkə də Darionun bugünkü oyununun alımaması azarkeşlərdir. Tərəfdarlar onu o qədər həvəsləndirdilər ki, Frederiko nə qədər can atsa da, bacarmadı. Vinçester də pis fubolçu deyil. Sadəcə vaxt lazımdır".

Y.Hüseynov komandasının bu gün yaxşı oyun sərgilməməsinə isə bu cür aydınlıq gətirib: "Rəqib komanda arxaya çox çəkilmişdi. Dario Frederikonu təhlükəli futbolçu bilib, ağıllı taktika seçdilər və yaxşı "bağladılar". Vinçesteri də həmçinin. "Keşlə"nin müdafiəçilərini özünə cəlb emək işi isə Samir Zərgərovun üzərinə düşürdü. İstədiyimizi edə bilmədik. Ancaq deyim ki, konkret pis oynadıq, bu da yalan olar. Özünüz də gördüz ki, "Neftçi" ilə matçda da pis təsir bağışlamamışdıq. Futbolun gözəlliyi ondadır də... Biri yaxşı oynayır uduzur, digəri az hücum edir, qələbə qazanır. "Keşlə" də bir qolla oyunu bitirdi. Kaş pis oynayardıq, ancaq 3 xal qazanardıq (gülür).

Daha çox


Son xəbərlər