Dabo Kamananı geridə qoydu

Dabo Kamananı geridə qoydu
XƏBƏR 18 Fevral 2018 / 18:00 2770
-  A +

Topaz Premyer Liqasının XVI turunda “Zirə”ni qəbul edən “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib.

Qol.az-ın məlumatına görə, Qəbələ şəhər stadionundakı qarşılaşma bəzi statistik məqamlarla əlamətdar olub.

Filip Ozobiç “Qəbələ”də 60-cı oyununu keçirib. Xorvatiyalı yarımmüdafiəçi çempionatda 35, UEFA Avropa Liqasında 18, Azərbaycan kubokunda 7 matça çıxıb. Komandada 2-ci mövsümünü keçirən Filip “qırmızı-qara” formada 60 və daha artıq oyun keçirən 28-ci futbolçudur.

Baqali Dabo “Qəbələ”nin heyətində 22-ci qolunu vurub. O, klub tarixinin 4-cü bombardiridir. Hücumçu Viktor Mendi (33), Dodo (30) və Ozobiçdən (23) geri qalır.

Premyer Liqada 17-ci dəfə fərqlənən Dabo Yannik Kamananı (16) arxada qoyub. Çempionatda 3-cü göstəriciyə malik Baqali yalnız Mendi (29) və Dododan (23) geri qalır.

“Qəbələ” məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırıb. 6 çempionat və 3 kubok görüşünü əhatə edən seriya müddətində 8 qələbəsi olan komandamız 1 heç-heçə edib. Ev matçlarında isə “qırmızı-qaralar” 4 çempionat və 2 kubok oyunu olmaqla ardıcıl 6 qələbə qazanıb (Gabalafc.az).


Son xəbərlər