Renat Dadaşov "Ayntraxt"a qələbə qazandırdı

Renat Dadaşov "Ayntraxt"a qələbə qazandırdı
XƏBƏR 18 Fevral 2018 / 15:50 5644
-  A +

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında 18-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə,  millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası öz meydanında “Karlsrue” ilə qarşılaşıb.

Görüşə start heyətdə başlayan R.Dadaşov oyunda yeganə qola imza ataraq komandasına qələbə qəzandırıb. O, 89-cu dəqiqədə fərqlənib.

Qeyd edək ki, "Ayntraxt” 19 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord