"Real"ın yeni transfer hədəfi – Poqba

"Real"ın yeni transfer hədəfi – Poqba
XƏBƏR 18 Fevral 2018 / 10:27 5013
-  A +

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba karyerasını İspaniyada davam etdirə bilər.

Qol.az-ın “Sky Sport”a istinadən məlumatına görə, fransız futbolçu “Real”ın maraq dairəsinə düşüb. “Kral klubu”nun rəhbərliyi mövsümün sonunda “qırmızı şeytanlar”la danışıqlar aparmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Poqba “Mançester Yunayted”ə 2016-cı ilin yayında 105 milyon avro qarşılığında “Yuventus”dan keçmişdi.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"