“Neftçi” brend komandadır” – Cavid İmamverdiyev

“Neftçi” brend komandadır” – Cavid İmamverdiyev
GÜNDƏM 18 Fevral 2018 / 00:15 3478
-  A +

“Çox gözəl oyun alındı. Bizim istəyimiz daha çox olduğu üçün qələbə qazandıq. Əlimizə düşən imkanlardan maksimum yararlandıq. Hələ 3-4 epizodu da dəyərləndirə bilmədik. Düşünürəm ki, layiqli qələbə qazandıq. “Neftçi”dən xal götürmək bizim üçün böyük uğurdur. Çünki “Neftçi” brend komandadır. Qələbə qazandığımız üçün sevinirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 16-cı turunda “Neftçi” üzərində 2:0 hesablı qələbədən sonra jurnalistlərə açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib. Qarşılaşma ilə bağlı fikirlərini bildirən futbolçu sabiq komandasına qarşı heç bir prinsipiallıq olmadığını söyləyib: “Prinsipiallıq yox, istək çox ola bilər. Çünki o komandadan gəlmişəm. Hardasa özümü onlara göstərmək istəyim var idi. İlk növbədə “Sumqayıt”ı fikirləşirdim. Amma prinsipiallıqdan söhbət gedə bilməz”.

C. İmamverdiyev “Sumqayıt”dan istefa verdikdən sonra “Neftçi”nin prezidenti təyin olunan Kamran Quliyevin qərarına da münasibət bildirib: “Kamran müəllimi təbrik edirəm. Gedibsə, Allah yolunu açıq etsin. Biz oyunumuza baxırıq. İşimiz meydandadır. Başımızı aşağı salıb, futbolumuzu oynayırıq”.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"