"Ruslan Qurbanov bütün oyun boyu söyüş söyürdü" - Ayxan Abbasov

"Ruslan Qurbanov bütün oyun boyu söyüş söyürdü" - Ayxan Abbasov
GÜNDƏM 17 Fevral 2018 / 17:50 5230
-  A +

"Zirə"nin baş məşqçisi Ayxan Ababsov Topaz premyer Liqasının XVI turunda bu gün "Qəbələ"yə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Gənc mütəxəssis öncə matçı dəyərləndirib.

 - Bir az hirsliyik, ona görə az danışacağam. Ağır oyun keçdi. Bu, ilk növbədə qazonla bağlıdır. Biz süni örtüyə öyrəşmişik. Ancaq bu, səbəb deyil. Bu gün zəif oynadıq. Bəzi futbolçulardan narazı qaldım. Hələ oyunlar qabaqdadı. Bu məğlubiyyəti unudub "Neftçi"ylə matça hazırlaşacağıq.

 - Hirsli olmağınız nəticəyə görədi, yoxsa oyundan sonra baş verənlərə?

- Biz uduzmağı bacarırıq. "Qəbələ"yə hörmət etmişik. Ancaq xoşagəlməz olaylar olur. Peşəkar futboldan danışırıqsa, belə şeylər olmamalıdır. Rəqib futbolçu Ruslan Qurbanov bütün oyunboyu söyüş söyürdü. "Qəbələ"nin futbolçularının yarısı paltardəyişə otağımızın yanında idi.

- Yəni əsəbi olmağınız nəticədən daha çox buna görədir?

- Bizdə də əcnəbi futbolçular var, onlara qarşı belə münasibət olmamalıdır (newsport.az).

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki